Səudiyyənin döyüş təyyarələri  Yəmənin paytaxtı Sənanı hədəfə alıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Bu gün səhər saatlarında Səudiyyə rejiminin döyüş təyyarələri Yəmənin paytaxtı Sənaya silsilə hücumlar təşkil edərək, ciddi maddi ziyana səbəb olub.

Bu barədə SƏNA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, döyüş təyyarəsi iki reydlə Şimal Altmış küçəsində bir avtomobilə texniki xidmət emalatxanasını hədəf alıb və bu, vətəndaşların evlərinə, avtomobillərinə ziyan vurub. İnsanlar arasında çaxnaşma  yaranıb.

Son 5 gün ərzində Səudiyyə rejiminin aviasiyası paytaxt Səna və Yəmənin müxtəlif valiliklərində bir sıra yaşayış məntəqələrini hədəfə alıb və nəticədə 50-yə yaxın mülki şəxs həlak olub. Yaralananlar var.

Xatırladaq ki, Səudiyyə rejimi 2015-ci ilin mart ayından Yəmən xalqına qarşı təcavüzünü davam etdirərək, on minlərlə qurban və infrastruktura böyük ziyan vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31