Bəyin boynuna tüfəng asdılar

Olaylar.az HABER7-ə istinadən xəbər verir ki, Beylikdüzündə Muş və Ərzurumdan olan iki ailənin övladlarının toy mərasimindən sonra insanı heyrətə gətirən hadisə yaşanıb. Hədiyyə etmə mərasimi başlayan kimi bəyin dostları bəyin üstünə tüfəng taxıblar. 

Hadisə dekabrın 5-də  Beylikdüzü Gürpınardakı şadlıq sarayında baş verib. İddiaya görə, Muş və Ərzurumlu iki ailənin uşaqları evləndikləri xoş gündə şoka düşüblər. Hədiyyə etmə mərasimi başlayan kimi bəyin dostlarından biri qırmızı lentlə bağladığı silahı bəyin boynuna keçirib. Mərasimin aparıcısı "Onu şeytan doldurmasın, yaxşı alqış ala bilərikmi?" - deyə söyləyib.

Bəy və dostları xatirə şəkli çəkdirməkdən də  çəkinməyiblər. Bu arada gəlinin üzü asılmış vəziyyətdə görüntülənib. Toy daha sonra halay rəqsi ilə yekunlaşıb.

Həmin görüntünü təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31