Bu şəhərdə könüllü COVİD testindən keçənlərə 10 min veriləcək
7 Dekabr 2021 11:45 DünyaÇinin Harbin şəhərində koronovirus testindən könüllü olaraq keçən şəxslərə 10 min yuan (təxminən 2669 manat) pul veriləcək.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, lakin bu məbləğ test nəticəsi yalnız müsbət çıxan vətəndaşlara ödəniləcək.
Hakimiyyət bu qərarla insanları tez-tez COVİD-19 analizindən keçməyə çağırır.
Qeyd edək ki, ötən gün Çində 70 nəfərdə yoluxma halı qeydə alınıb. Son bir ay ərzində ölkədə koronavirusdan ölən olmayıb.
(axsam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31