Yaponiyada 170-dən çox zəlzələ baş verdi
7 Dekabr 2021 11:16 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Tokara arxipelaqında 3 gündə 170-dən çox zəlzələ baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) Tokara arxipelaqının cənubunda tez-tez baş verən zəlzələlərlə bağlı açıqlama verib.
Məlumata əsasən, noyabrın 4-də yerli vaxtla saat 12:30-dan bəri maqnitudası 1-4 arasında dəyişən 170-dən çox zəlzələ baş verib.
Cənubdakı Kaqoşima əyalətinin arxipelaqında dekabrın 4-də 59, dekabrın 6-da 79, dünən isə 40-a yaxın zəlzələ olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31