Putin və Bayden danışıqlar aparacaq

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Amerikalı həmkarı Co Bayden dekabrın 7-də  videokonfrans formatında ikitərəfli danışıqlar aparacaq.

Liderlərin Ukrayna ətrafındakı vəziyyəti, NATO-nun şərqə doğru genişlənməsini, bəzi strateji sabitlik məsələlərini və ikitərəfli gündəliyi müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizliyə, o cümlədən Əfqanıstandakı vəziyyətə də toxunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31