Bu ölkələr 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya və Hindistan 2021-2030-cu illər üçün hərbi-texniki əməkdaşlıq proqramına dair hökumətlərarası saziş imzalayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, sənəd Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Hindistanın müdafiə naziri Racnath Singh-in iştirakı ilə imzalanıb.

Sənədə Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin rəisi Dmitri Şuqayev və Hindistan Müdafiə Nazirliyinin əlavə katibi və satınalma üzrə baş direktoru Kantha Rao imza atıblar.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, saziş silah və xidmətlər sahəsində əməkdaşlığı, həmçinin silah-sursat və digər hərbi texnikanın tədarükü və inkişafını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31