Bu ölkədə məhdudiyyətlərin tətbiqi müddəti uzadılır

Gürcüstan hökumətinin pandemiya dövründə məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılacaq.

Olaylar.az xəbər verir ki, "İctimai sağlamlıq haqqında" qanuna müvafiq düzəlişlər layihəsi Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunub ki, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31