Erməni əsgəri öldürüldü

Ermənistan ordusunun hərbi qulluqçusu güllələlənib.
 

Olaylar.az erməni KİV-inə istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:20 radələrində olub. Belə ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Qor Martirosyan müəmmalı şəraitdə odlu silahdan açılan atəşlə ağır yaralanıb. O, aldığı xəsarətdən ölüb.

Hadisənin başvermə şəraiti ilə bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31