İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb
6 Dekabr 2021 13:58 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb. Dekabrın 4-dən bəri davam edən axtarış-xilasetmə işləri də bu gün yenidən baş verən partlayışa görə dayandırılıb.
Ölkə mətbuatında yer alan xəbərə görə, Lumajang bölgəsində 3676 metr yüksəklikdə Semeru vulkanında həftə sonu baş verən partlayışdan sonra bir nəfərin daha həyatını itirməsi nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.
Bu gün vulkanın püskürməsi ilə əlaqədar axtarış-xilasetmə qrupları işlərini dayandırıb.
Semeru Vulkan Rəsədxanasından verilən açıqlamada vulkanın ətrafındakı təhlükənin hələ də davam etdiyi və bölgədən qaçınılması lazım olduğu xəbərdarlığı edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31