Bombalı hücum: 5 ölü
6 Dekabr 2021 13:42 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Somalidə restorana edilən bombalı hücumda 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Baidoa Rayon Polis İdarəsinin rəisi Ömər Məhəmməd hücumun ölkənin cənubundakı Cənub-Qərb əyalətində fəaliyyət göstərən izdihamlı restoranda törədildiyini bildirib.
Hücumu "Əş-Şəbab" terror təşkilatının üzərinə götürdüyü açıqlanıb. Əl-Şəbab Somalidə tez-tez təhlükəsizlik qüvvələrini və mülki insanları hədəf alan hücumlar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31