Paşinyanın qızı ermənilərin hədəfində - VİDEO

44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra bu ölkədə Baş nazir Nikol Paşinyana qarşı xalq arasında etirazlar səngimir. Bununla yanaşı, erməni ictimaiyyətinin Paşinyana qarşı qəzəbi onun ailəsindən də yan keçmir.

Olaylar.az  xəbər verir ki, bu dəfə isə Paşinyanın qızı Maryam Paşinyan erməni diasporunun nümayəndələrinin qəzəbinə tuş gəlib. Belə ki, bir şəxs kafedə əyləşən Maryam Paşinyana yaxınlaşaraq atasının siyasətinə etirazını bildirib: "Sənin atan 5 min insan öldürüb".

O, həmçinin Paşinyanı İuda ilə müqayisə də edib.

Hadisənin hansı şəhərdə baş verdiyi barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31