Bu ölkə Cənubi Afrikadan gələn şəxslərin hamısı üçün məcburi karantin tətbiq edəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa dekabrın 4-də  koronavirusun omikron ştammının aşkarlanması ilə əlaqədar fasilədən sonra Cənubi Afrikadan uçuşları qəbul etməyə başlayacaq, lakin sərnişinlərdən respublikaya gəldikdən sonra iki həftəlik karantin tələb olunacaq. Bu barədə dekabrın 4-də Fransa hökumətinin sözçüsü Qabriel Attal mediaya məlumat verib.

"Cənubi Afrikadan və digər Afrika ölkələrindən məhdudlaşan uçuşlar bir həftədən sonra bərpa olunur", - deyə söyləyib.

Fransa hökumətinin hazırkı təsnifatı ölkələri koronavirusun yayılma sürətinə və yoluxma riskinə görə dörd növə bölür: yaşıl, narıncı, qırmızı və parlaq qırmızı. Sonuncu qrupa Cənubi Afrika, Botsvana, Zambiya, Zimbabve, Lesoto, Mavrikiy, Malavi, Mozambik, Namibiya və Esvatini daxildir. Qırmızı zonaya 14 ölkə, o cümlədən Rusiya daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31