BƏƏ bu ölkədən 12 qırıcı almaq üçün müqavilə bağlayıb
3 Dekabr 2021 14:43 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri və Fransa Fransanın 80 çoxməqsədli "Rafale" qırıcısı və 12 "Caracal" helikopterinin alınması barədə razılığa gəlib.
Bu barədə dekabrın 3-də France-Presse (AFP), Yelisey sarayının bəyanatında bildirilib.
"BƏƏ-də üç fransız hərbi bazasının olması ilə yanaşı, qarşılıqlı etimad, 80 Rafale təyyarəsi, 12 Karakal helikopteri və əlaqəli hissələrin alınmasında da özünü göstərir" - deyə məlumatda deyilir. BƏƏ-nin Rafale qırıcıları üçün verdiyi sifariş 2004-cü ildən bu günə kimi, ən böyük sifarişdir.
AFP-nin məlumatına görə, müqavilə Fransa prezidenti Emmanuel Makronun Dubaya səfəri münasibətilə imzalanıb. Fransa ilə BƏƏ arasında sazişin imzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın iştirakı ilə keçirilib.
Əlavə olaraq, Fransa prezidenti Emmanuel Makron dekabrın 3-də bu ölkələrə səfəri zamanı Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı liderləri ilə terrorizmlə mübarizə və Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi, həmçinin ikitərəfli əməkdaşlığı müzakirə edəcəyi bildirilib.