Beş ildə 18 yaşlı gənclərin sayı 4% azalıb
3 Dekabr 2021 14:26 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının hərbi xidmətə çağırılan 18 yaşlı vətəndaşlarının sayı 2016-cı ildən bəri 4% azalıb.
Bu barədə RF Müdafiə Nazirliyi RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi, general-polkovnik Yevgeni Burdinskinin mediaya açıqlamasında bildirilib.
O qeyd edib ki, hərbi xidmətə göndərilən vətəndaşların yaş həddinin artması ilə yanaşı, peşə təhsili olan hərbi qulluqçuların da sayı artıb.
"Əgər 2016-cı ildə orta ixtisas təhsili olan vətəndaşların 45%-i hərbi xidmətə çağırılıbsa, 2020-ci ildə bu, 58%-dən çox olacaq. Artım 13% təşkil edib"- deyə Burdinski söyləyib.
Bundan əlavə, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi sağlam həyat tərzinin təbliği və xəstəliklərin qarşısının alınması və erkən müalicəsi üçün dövlət tədbirlərinin çağırışçıların sağlamlıq vəziyyətinin yaxşılaşmasına səbəb olduğunu söyləyib.
Belə ki, əgər 2012-ci ildə hərbi xidmətə yararlı sayılan vətəndaşların sayı 69,9 faiz təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 8 faiz artaraq 78 faiz təşkil edib.