Hərbi Təyyarə qəzaya uğrayıb- 3 ölü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Sakit okeanda El Salvadora məxsus hərbi təyyarə qəzaya uğrayıb. Nəticədə müdafiə nazirinin oğlu da daxil olmaqla 3 nəfər həlak olub.

Bu barədə El Salvador Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilib.

Hərbi təyyarə naməlum səbəbdən Sakit okean sahillərindən 3 dəniz mili uzaqlıqda yerə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31