ABŞ-da koronavirusa qarşı tam peyvənd olunan kişidə Omicron ştamı aşkarlanıb
2 Dekabr 2021 21:22 DünyaABŞ-da daha bir nəfərdə koronavirusun Omikron ştamına yoluxduğu müəyyən edilib.
Yeni ştama yoluxma Minnesota ştatında aşkarlanıb.
Həmin şəxsin koronavirusa qarşı tam peyvənd oldunduğu və ABŞ-dan kənara səyahət etmdiyi bildirilib.
Ştatın Səhiyyə Departamentinin məlumatına görə, Omikron ştamına yoluxduğu aşkar edilən kişi bu yaxınlarda Nyu-Yorka səfər edib: "O, noyabrın 24-də koronavirus testindən keçib və nəticə müsbət olub. Sözügedən şəxs yeni ştamın yüngül simptomlarını hiss edir və təcrid olunub".
Qeyd edək ki, ABŞ-da Omicron ştamına ilk yoluxma halı çərşənbə günü Kaliforniya ştatında qeydə alınıb.
Mənbə: apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31