Avropa koronavirusa qarşı peyvəndi məcburi etməyə hazırlaşır

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqını (Aİ) koronavirusa qarşı məcburi peyvənd məsələsini müzakirə etməyə çağırıb.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə vaksinasiyadan keçə bilməyən çox balaca uşaqlar və ya xüsusi sağlamlıq vəziyyəti olan insanlar var.

"Bununla belə, böyük əksəriyyət peyvənd vurdura bilər. Ona görə də hesab edirəm ki, Aİ-də məcburi peyvənd məsələsini müzakirə etmək başa düşüləndir və normal olardı", - AK rəhbəri bildirib.

Mənbə: oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31