Yeni ştamma qarşı vaksin bu müddətə hazır olacaq – “Pfizer” şirkətindən XƏBƏRDARLIQ

"BioNTech" ilə birlikdə koronavirus peyvəndi istehsal edən "Pfizer" şirkəti yeni açıqlamalar verib.

Olaylar.az xəbər verir ki, şirkətin baş direktoru yaxın illərdə vaksinin əlavə dozalarının lazım ola biləcəyini deyib.

ABŞ-ın "Pfizer" əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru (CEO) Albert Bourla BBC-yə verdiyi müsahibədə hər il virus əleyhinə peyvənd vurdurmalı olacağımızı bildirib:

"İndiyə qədər gördüyüm təcrübəyə əsaslanaraq deyərdim ki, hər il virus əleyhinə peyvənd olunmaq yüksək səviyyədə qorunma təmin etmək üçün lazımdır. Dr "Pfizer" ilin sonuna qədər üç milyard doza peyvəndi tədarük etməyi, dörd milyard dozanı isə gələn ilə çatdırmağı planlaşdırır".

Baş direktor "Omicron" variantına qarşı peyvəndin hazırlanmasının təxminən 100 gün çəkəcəyini vurğulayb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31