Daha iki şaxtaçının cəsədi mədəndən çıxarılıb

Kemerovo vilayətindəki Listvyajnaya mədənindən daha iki ölən şaxtaçının cəsədi çıxarılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Tsivilev özünün Telegram kanalında məlumat verib.

Səhər saatlarından etibarən xilasedicilər Litsvyajnaya mədənində axtarış işlərini bərpa ediblər. Onlar ölənlərin cəsədlərini axtarmaq və daşımaq üçün fövqəladə vəziyyət zonasına keçiblər.
Kuzbass səlahiyyətliləri mədəndəki qəzada yaralananların sayının 99 nəfərə yüksəldiyini, qəza nəticəsində 51 nəfərin öldüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31