İsveçrədə koronavirusun Omikron ştammına yoluxan ilk şəxs gimnaziya şagirdidir

İsveçrədə koronavirusun Omikron ştammına yoluxan ilk şəxs gimnaziya şagirdi olması təəccüb doğurub.

Yoluxmuş şəxs Afrikada heç vaxt olmayıb, son həftələrdə isə yaşadığı Bazel şəhərini ümumiyyətlə tərk etməyib.

19 yaşlı gəncdə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir. Yoluxma təsadüfən, kollecdə kütləvi test nəticəsində aşkara çıxıb. Xəstə təcrid olunsa da, ona heç bir müalicə tətbiq edilmir.

Mənbə: apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31