Türkiyədə daha 196 nəfər koronavirusdan vəfat edib
1 Dekabr 2021 23:04 DünyaTürkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 196 nəfər dünyasını dəyişib.
Olaylar.az məlumat verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 252 nəfər test edilib, onların 22 556-nın koronavirus testi pozitiv nəticə verib, 24 113 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 516 813 peyvənd tətbiq edilib ki, bunun 90,69 faizi birinci, 81,37 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Mənbə: apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31