Fil turistlərə qorxulu anlar yaşatdı - VİDEO
1 Dekabr 2021 21:10 DünyaBir qrup turist qəzəbli filin hücumuna məruz qalıb.
Olaylar.az xəbər verir ki, hadisə Afrikanın cənubundakı "Krugir" Milli Parkında baş verib.
Safaridə iştirak edən macəra axtaranlar fil sürüsü ilə qarşılaşıblar. Nəhəng heyvanlar yaşayış yerlərində "yadelliləri" görməkdən məmnun qalmayıb. Onlardan biri irəli atılaraq xortumu ilə safari maşınını itələməyə başlayıb.
Bu zaman insanlar arasında böyük panika yaşanıb. Fil uzaqlaşınca onlar avtomobildən qaçıblar.
Qeyd edək ki, Filin hücumu nəticəsində xəsarət alan olmayıb. Lakin safari avtomobilinə ciddi ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31