Bu etirafla sosial şəbəkədə "aləm qarışdı" - Yatdığı qadının qayınanası olduğunu öyrəndi

Sosial şəbəkə platforması Reddit-ə edilən bir etiraf  hər kəsi şoka salıb.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, idman zalında tanış olduğu 45 yaşlı qadınla münasibətdə olduğunu yazan kişi sonradan onun qayınanası olduğunu öyrəndiyini bildirib. Kişi paylaşımında "İdman zalına gedərkən 45 yaşlarında gözəl bir qadınla tanış olduq. Sonradan yaxşı anlaşdığımızı və münasibətimiz olduğunu anladıq. Münasibətimiz daha da irəli getdi və cinsi əlaqədə olduq" yazıb.

2 ildən sonra həyat yoldaşının ailəsi ilə ilk tanış olanda şoka düşdüyünü bildirən kişi paylaşımını belə davam etdirib: "2 ildən sonra mən ilk dəfə arvadımın ailəsi ilə tanış oldum və anasını görəndə şoka düşdüm. Çünki onunla münasibətimiz var idi. Bunu həyat yoldaşıma deməyə qorxdum, amma indi etiraf etmək istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31