Opel yeni nəsil Astra universalını təqdim etdi
1 Dekabr 2021 15:57 DünyaAlmaniyanın Opel şirkəti yeni nəsil Astra Sports Tourer universalını təqdim edib.
Olaylar.az xəbər verir ki, brendin mətbuat xidmətindən verilən məlumata görə, yeni nəsil Opel Astra Sports Tourer EMP2 (Efficient Modular Platform2) qlobal modul platformasına əsaslanır. Həmçinin, Peugeot 3008, Peugeot 5008 və Citroen C5 Aircross modelləri də bu platformaya əsaslanır.
Yeni avtomobil bütün yeni Opel modelləri üçün xarakterik olan imza Opel Vizor elementini alıb: o, radiator barmaqlığını, faraları və Opel loqosunu özündə birləşdirir. Astra Sports Tourer-in uzunluğu 4600 mm, eni 1800 mm və hündürlüyü 1400 mm-dir. Yeni avtomobilin baqaj yeri 608 litrdir. Arxa oturacaqlar büküldükdə bu rəqəm 1630 litrə qədər yüksəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31