Omrikon variantı daha bir ölkədə aşkarlandı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Koronavirusun Omicron variantının Səudiyyə Ərəbistanında da aşkar edildiyi açıqlanıb.

Bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə, ölkədə ilk Omicron variantının Cənubi Afrika bölgəsindən olan bir şəxsdə aşkar edildiyini bildirib.

Sözügedən şəxs haqqında ətraflı məlumat verilməyib.



Bu yeni varianta qarşı bir çox ölkə səyahət məhdudiyyətlərini yenidən gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31