Volodımır Zelenskiy parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib
1 Dekabr 2021 15:10 DünyaUkrayna Prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı parlamentə illik müraciətində bildirib.
O deyib ki, dünyada ukraynalı toplumun dəstəklənməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir.
Prezident bir neçə vətəndaşlıq məsələsinin ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılar üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: "Bu gün müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarıram. İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, Ukrayna vətəndaşı kimi də hiss edəcəklər!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31