NASA qeyri-adi planet kəşf etdi: 1 il 16 saata bərabərdir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni planet kəşf edib.

Olaylar.az bildirir ki, qurum Yerdən minlərlə işıq ili uzaqlıqda yerləşən "TOI-2109b" adlı planetdə bir ilin sadəcə 16 saat davam etdiyini deyib. NASA-nın məlumatına görə, sözügedən ekzoplanet (Günəş sistemindən kənarda) ən isti ikinci planetdir və "isti Yupiterlər" adlandırılan kateqoriyaya aiddir.

Astronomlar bu günə qədər 400-dən çox "isti Yupiter" aşkarlasa da, tədqiqatçılar heç birinin "TOI-2109b"yə bənzəmədiyini söyləyiblər. Massaçusets Texnologiya İnstitutunun professoru Avi Şporer "Bütün əlamətlər onun planet olduğunu sübut edir", - deyə bildirib. 

Elm adamları kütləsi Yupiterdən təxminən, beş dəfə çox olan planetin 10 milyon ildən sonra yerində olmama ehtimalından da söz açıb.

(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31