Polşa sərhəddə girişi məhdudlaşdırdı
1 Dekabr 2021 12:40 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Polşa Belarusun sərhəd zonasına girişi üç ay müddətinə məhdudlaşdırıb.
Bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski dekabrın 1-də axşam saatlarında dərc olunan fərmana əsasən bildirilib.
Qadağa Belarusla sərhəddən 3 km məsafədə yerləşən 183 yaşayış məntəqəsinə şamil ediləcək. Məhdudiyyətlər dekabrın 1-dən qüvvəyə minəcək və martın 1-dək qüvvədə qalacaq.
Qərar dekabrın 1-dən Polşa prezidenti və parlamenti tərəfindən təsdiq edilmiş dövlət sərhədi haqqında Polşa qanununa edilən yeni düzəlişlərə əsasən verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31