Dünyanın yaşamaq üçün ən bahalı şəhəri
1 Dekabr 2021 11:35 DünyaOlaylar.az xəbər verir ki, Təl-Əviv qiymətlərə görə Paris və Honq Konqu geridə qoyub. 2021-ci ildə dünyanın yaşamaq üçün ən bahalı şəhəri olub.
Bu barədə dekabrın 1-də " The Jerusalem Post " Britaniyanın "Economist Group" şirkətinin analitikləri tərəfindən hazırlanan dünyanın 173 iri şəhərində yaşayış minimumunun (Worldwide Cost of Living 2021) tədqiqatında bildirilib.
Məlumata görə, 2020-ci ildə Təl-Əviv Paris, Honq-Konq, Osaka və Cenevrədən sonra ən bahalı beşinci şəhər olub. Onun birinci yerə yüksəlməsinə İsrail şekelinin ABŞ dollarına nisbətdə məzənnəsinin uzun müddət davam etməsi, ərzaq və nəqliyyatın bahalaşması səbəb olub. Şəhərdə məhsul və xidmətlərin orta qiymətləri ötən il cəmi 1,9% artdığı halda, bu il yerli valyutada 3,5% artıb.
Pandemiyanın başlanğıcından bəri İsrail valyutası dollara nisbətdə təxminən 10% bahalaşıb. Bir ay əvvəl valyuta məzənnəsi ötən əsrin 90-cı illərinin ortalarından bəri ilk dəfə olaraq bir dollar üçün 3,04 şekelə çatıb.