Rusiyada COVID-19-a yoluxanların müalicə olunduğu xəstəxanada oksigen balonu partlayıb

Rusiyanın Murmansk vilayətində koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxanasında oksigen balonu partlayıb.

Bu barədə vilayətin Fövqəladə Hallar Xidmətindəki mənbədən RİA Novosti-yə bildirilib.

İlkin məlumatlara görə, partlayış zamanı yanğın qeydə alınmayıb, xəsarət alanlarla bağlı məlumat verilməyib.

Mənbə: apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31