Britaniyanın Baş Qərargah rəisi istefa verdi
30 Noyabr 2021 21:16 DünyaBritaniyanın Baş Qərargah rəisi Nik Karter vəzifəsindən istefa verib.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu vəzifədə üç ildən çox işlədikdən sonra general Nik Karter sonuncu dəfə müdafiə qərargahını müdafiə qərargahının rəisi kimi tərk etdi", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Karter, 2021-ci ilin avqustunda Əfqanıstandan təxliyənin aparılmasında iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31