İspaniyada yanğın: 4 ölü
30 Noyabr 2021 15:45 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərində 8 evsiz rumın immiqrantın sığındığı binada baş verən yanğında 2-si eyni ailənin uşaqları olmaqla 4 nəfər həyatını itirib. Yanğının baş vermə səbəbi məlum deyil. Araşdırmalar davam edir.
İspaniyanın Barselona Bələdiyyəsi və xilasetmə qrupları tərəfindən edilən şərhə görə, səhər saat 06:00 radələrində şəhər mərkəzindəki Tetuan Meydanında yerləşən binada yanğın baş verdiyi bildirilir .
Yanğınsöndürənlər hadisə yerinə gedən zaman 4 nəfərin cəsədi aşkar edilib, 4 nəfər isə yüngül xəsarətlərlə xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31