İstanbuldakı təbii fəlakətin vurduğu ziyan açıqlanıb

Türkiyənin İstanbul şəhərində baş vermiş qasırğa nəticəsində 528 evin damı uçub.Olaylar.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Həmçinin qeyd olunub ki, təbii fəlakət nəticəsində 839 ağac aşıb. Xatırladaq ki, ötən gün İstanbulda başlanan qasırğa nəticəsində 4 nəfər həlak olub, 38 nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31