Türkiyədə “Lodos” qasırğasında ölənlərin sayı artdı

Türkiyənin İstanbul şəhərində dünəndən başlayan "Lodos" qasırğası bu gün də davam edəcək.

Olaylar.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul, Zonquldak və Kocaelidə təbii fəlakət nəticəsində həlak olanların sayı 6-ya, yaralıların sayı 44-ə çatıb.

Çox sayda tikiliyə zərər dəyib.

Təhlükənin qarşısını almaq məqsədilə kuryer fəaliyyətləri müvəqqəti qadağan ediləcək. Axşam saatlarına qədər motosiklet və mopedlərin fəaliyyətinə icazə verilməyəcək.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31