Türk Hava Yolları İstanbula uçuşları DAYANDIRDI

Türk Hava Yolları İstanbul şəhərinə bütün istiqamətlərdən nəzərdə tutulan uçuşları təxirə salıb

"OLAYLAR" Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb iki gündür İstanbul da daxil olmaqla Türkiyənin bir sıra bölgələrində hökm sürən Lodos qasırğasıdır.

Qeyd edək ki, saatda 90 km-ə qədər olan Lodos qasırğası iki gündür Türkiyədə həyatı iflic edib. Təbii fəlakət nəticəsində 1-i xarici ölkə vətəndaşı olmaqla 4 nəfər həlak olub, 3-ü ağır olmaqla 19 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31