Pele Messini yeddinci “Qızıl top”u münasibətilə təbrik edib

Əfsanəvi braziliyalı futbolçu Pele Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun və Argentina millisinin hücumçusu Lionel Messini yeddinci "Qızıl top"un təqdimatı münasibətilə təbrik edib. 

Olaylar.az xəbər verir ki, Braziliya millisinin 81 yaşlı sabiq hücumçusu bu barədə İnstagram səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, yeddinci ən yüksək mükafat Messinin unikal istedadına verilən ədalətli qiymət idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31