Omikron variantı İspaniyada da aşkar edilib
30 Noyabr 2021 12:28 DünyaOlaylar.az Xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada Cənubi Afrikadan paytaxt Madridə gələn 1 sərnişində COVID-19-un Omikron variantı aşkar edilib.
Cənubi Afrikada aşkar edilən yeni COVID-19-un yeni variantı olan Omicron İspaniyaya da yayılıb. Paytaxt Madriddəki Gregorio Maranon Xəstəxanasının Mikrobiologiya Xidmətindən verilən açıqlamada Cənubi Afrikadan Madridə gələn bir sərnişində Omikron variantı aşkar edildiyi bildirilib.
Açıqlamada xəstənin sağlamlıq vəziyyətinin yaxşı olduğu, eyni zamanda nəticələrin eyni gün ərzində alınmasına imkan verən Omikron variantı diaqnoz qoymaq üçün ultra sürətli prosedurun hazırlandığı bildirilib.
Omikron variantı indiyədək Belçika, Almaniya, Çexiya, İngiltərə, İtaliya, İsrail, Honq-Konq, Cənubi Afrika, Botsvana, Danimarka, Avstraliya və İspaniyada aşkar edilib.
Mehriban Xəlilbəyova