Ukraynada bir gündə COVID-19-dan 561 nəfər ölüb
30 Noyabr 2021 11:57 DünyaUkraynada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 10 554 nəfər artıb. Bununla da yoluxanların ümumi sayı 3 438 381 nəfərə yüksəlib.
Olaylar.az xəbər verir ki, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 561 nəfər ölüb, beləliklə, Ukraynada bu səbəbdən ölənlərin ümumi sayı 85 975 nəfərə çatıb.
Ötən gün infeksiyaya yoluxmuş 25 318, ümumilikdə isə 2 946 032 nəfər xəstəlikdən sağalıb sağalıb. Hazırda ölkədə 406 374 nəfər koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31