Daha 5 050 nəfər COVID-19-a yoluxub, 80 nəfər ölüb
30 Noyabr 2021 11:23 DünyaGürcüstanda ötən sutkada daha 5 050 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 80 pasiyent vəfat edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.İndiyə qədər Gürcüstanda COVID-19-a 845 643 nəfər yoluxub, onların 12 054-ü dünyasını dəyişib. Son 24 saat ərzində 4 214, ümumilikdə isə 788 201 nəfər müalicə olunaraq sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31