Böyük Britaniyada fırtına və güclü qar ciddi problemlər yaradıb
29 Noyabr 2021 21:25 DünyaBöyük Britaniyada fırtına və qar ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, "Arven" qasırğasının səbəb olduğu güclü qar Krallığın bəzi bölgələrində həyatı iflic edib.
Cümə günü Yorkşayrda "Tan Hill Inn" adlı kluba gedən 61 müştəri güclü qar səbəbindən üç gündür oradan çıxa bilmir.
Güclü fırtına elektrik məftillərini qoparıb, yağan qar isə bir sıra yolların bağlanmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31