Aİ-də istixana qazı emissiyaları artıb
29 Noyabr 2021 19:02 DünyaAvropa İttifaqı (Aİ) ölkələrində istixana qazı emissiyaları cari ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.
Bu barədə Avropa Statistika Agentliyi ("Eurostat") məlumat yayıb.
Bildirilir ki, ikinci rübdə Aİ-də atmosferə buraxılan karbon emissiyasının həcmi 867 milyon ton olub. Bu göstərici ötən ilin müvafiq rübü ilə müqayisədə 18 faiz çoxdur.
Artım əsasən iqtisadi fəallığın bərpasının sürətlənməsi ilə əlaqədar olub. İlin ikinci rübündə istixana qazı emissiyalarının 34 faizi istehsal və tikinti, 19 faizi elektrik enerjisi istehsalı, 14 faizi kənd təsərrüfatı, 8 faizi nəqliyyat sektoru, 8 faizi digər xidmətlər, qalan hissəsi isə ailə təsərrüfatlarının isidilməsi nəticəsində formalaşıb.
Mənbə: azertag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31