"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
29 Noyabr 2021 16:29 DünyaKoronavirusun "omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir.
Olaylar.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.
Sənəddə qeyd olunur ki, yeni ştamm yoluxma sayının kəskin artmasına və ciddi fəsadlara gətirib çıxara bilər.
"Bugünədək "omikron" ştammından ölüm faktı qeydə alınmayıb. Bununla belə, yeni ştamma yoluxma vaksin olunmuş şəxslərdə yüngül formada qeydə alına bilər", - ÜST-ün açıqlamasında deyilir.
ÜST "omikron" ştammı ilə əlaqədar dünya ölkələrini əhalinin vaksinasiyasını sürətləndirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31