Tayland karantin rejimi tətbq edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Tayland höküməti dekabrın 1-dən səkkiz Afrika ölkəsindən olan turistlərə omikron virusu ilə əlaqədar  ölkəyə girişi qadağa qoyub və qitənin bütün digər ölkələrindən gələn səyahətçilər üçün məcburi 14 günlük karantin tətbiq edib.

Bunu noyabrın 29-da Banqkokda Hökumət Evində keçirilən brifinqdə COVID-19-un Yayılmasına və Mübarizə üzrə Hökumət Mərkəzinin mətbuat katibinin müavini doktor Abhisamai Siranqsan deyib.

"Dekabrın 1-dən etibarən səkkiz Afrika ölkəsindən - Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya, Cənubi Afrika və Zimbabvedən Taylanda giriş qadağandır"- deyə söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31