Türk Hava Yolları Mərakeşə uçuşları müvəqqəti olaraq dayandırıb
29 Noyabr 2021 15:49 DünyaOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki,Türk Hava Yolları (THY) koronavirusla bağlı tədbirlərə görə Mərakeş və Kasablanka şəhərlərinə uçuşları dayandırıb. Biletlərin dəyişdirilməsi, ləğv edilməsi və pulun geri qaytarılması qurumun internet səhifəsi və ya zəng mərkəzləri vasitəsilə həyata keçirilə bilər.
Bu barədə THY Mətbuat İdarəsi tərəfindən məlumat verilib.
Məlumata görə, Mərakeş Mülki Aviasiya Təşkilatının COVID-19 tədbirləri çərçivəsində 30 Noyabr-13 Dekabr (daxil olmaqla) tarixləri arasında Mərakeş hava məkanını bütün beynəlxalq uçuşlar üçün bağlamaq qərarı verdiyini açıqlayıb.
"Mərakeşdəki istiqamətlərimiz olan Mərakeş və Kasablankaya uçuşlarımız qəbul edilmiş qərara uyğun olaraq qarşılıqlı olaraq dayandırılıb" - deyə məlumatda bildirilir.
Biletlərin dəyişdirilməsi, ləğv edilməsi və geri qaytarılması da vebsayt və ya zəng mərkəzi vasitəsilə həyata keçirilə bilər.