Kreml koronavirusun yeni ştammına qarşı tədbirlər haqqında məlumat verib
29 Noyabr 2021 15:14 Dünya"Hazırda bütün dünya və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni Omicron koronavirus ştamının nə qədər təhlükəli olduğunu anlamağa çalışır. Görülən tədbirlər alimlərin ştammın nə qədər yoluxucu olması ilə bağlı gəldiyi nəticədən asılı olacaq".
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Növbəti mümkün addımlara gəlincə, bu, elm adamlarının bu ştammın nə qədər yoluxucu olması, hansı nəticələrə səbəb ola biləcəyi və mövcud peyvənd arsenalının infeksiya və ağır xəstəliklərdən nə qədər sığortalana biləcəyi barədə çıxaracaqları nəticələrdən asılı olacaq" - deyə o, brifinqdə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31