Putin Moskvada Vyetnam prezidenti ilə görüşəcək
29 Noyabr 2021 14:33 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 30-da Moskvada Vyetnamlı həmkarı Nquyen Xuan Fuk ilə danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidməti bildirib.
"Rusiya ilə Vyetnam arasında hərtərəfli strateji tərəfdaşlığın müxtəlif sahələrdə, o cümlədən siyasi dialoq, ticarət-iqtisadi, hərbi-texniki, elmi-texniki əməkdaşlıq və humanitar təmaslar üzrə aktual məsələlərinin müzakirəsi, həmçinin regional məsələlər üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır" - məlumatda deyilir.
Xatırladaq ki, Vyetnamlı həmkarı Nquyen Xuan Fukun daha pncəki açıqlamasında, Moskvaya gözlənilən səfər zamanı o, Putinlə iki ölkə arasında münasibətlərin inkişafının strateji istiqamətlərini müzakirə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, Vyetnam və Rusiya pandemiya ilə mübarizədə bir-birini effektiv şəkildə dəstəkləyir.