Gürcüstan, Ukrayna və Moldovanın baş nazirləri görüşəcəklər
29 Noyabr 2021 14:22 DünyaGürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Brüsselə yola düşəcək.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, İ.Qaribaşvili Gürcüstan, Ukrayna və Moldova Baş nazirlərinin noyabrın 30-da keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.
XİN başçısı qeyd edib ki, toplantıda "Assosiasiyalı trio" və Avropa İttifaqı arasında əməkdaşlığın aktivləşdirilməsi məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31