Yoluxanların sayı son sutka ərzində -33 860 nəfərə çatıb
29 Noyabr 2021 14:05 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 33 860 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb. Yoluxmaların ümumi sayı 9 604 233-ə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərəkəzindən məlumat verilib.
Yoluxmaların nisbi artım tempi -0,35% təşkil edib.
Xüsusilə də, son sutkada Moskvada-2236, Sankt-Peterburqda -2181, Samarada- 941 nəfərdə yeni yoluxma halı aşkar edilib. Həmçinin, Voronejdə- 751, Nijni Novqorodda isə 717 nəfərdə yeni yoluxma halı qeydə alınıb.
Ümumilikdə, Rusiyada 1 034 458 nəfər kotonavirus xəstəsinin müalicəsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31