Omicron variantı Şotlandiyada da tapıldı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Şotlandiyada 6 nəfərdə koronavirusun Omikron variantının aşkar edildiyi bildirilib.

Şotlandiya hökuməti, ictimai səhiyyə işçilərinin sözügedən halların vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirdiklərini açıqlayıb.

Şotlandiyanın Səhiyyə naziri Humza Yousaf, virusun mənbəyini aşkar etməyə kömək edəcək qabaqcıl kontakt axtarışının aparılacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31