Nəhəng asteroid Yerə yaxınlaşır - Atom bombasından daha böyük TƏHLÜKƏ

Elm adamları Yerin yaxınlığından nəhəng meteoritin keçəcəyini bildirib.

Olaylar.az-ın  məlumatına görə, ölçüsünün 80-190 metr arasında olduğu təxmin edilən meteoritin dünya ilə toqquşacağı halda, atom bombasını belə kölgədə buraxa biləcəyi qeyd edilib. "2018 AH" adlı meteoritin 4,5 milyon kilometr uzaqdan keçəcəyi düşünülür. Bu baxımdan, mütəxəssislərin düşüncələrinə görə, Yerə yaxınlaşan cism hər hansı bir təhdid törətməyəcək. 

Qeyd edək ki, sözügedən meteorit üç il əvvəl Yerdən 296.758 kilometr uzaqlıqdan keçmişdi.

Alimlər hazırda meteoritlərin Yerə düşmə ehtimalını əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirirlər. Hətta məlumata görə, NASA mümkün bir meteoritin Yerlə toqquşmasının qarşısını almaq üçün kosmosa çıxardığı vasitə ilə təhlükəli sınaq keçirəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31